İdman

Dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlandı

Sharing is caring!


20 yaşadək futbolçular arasında növbəti dünya çempionatı Argentinada keçiriləcək.

FIFA-nın rəsmi saytının yaydığı məlumata görə, Argentina Futbol Assosiasiyasının təqdim etdiyi ərizə təsdiqlənib.

Mayın 20-dən iyunun 11-dək baş tutacaq dünya çempionatının birinci mərhələsində 24 komanda 6 qrupa bölünəcək.

Argentina yığması FIFA Gənclər Çempionatında 6 dəfə qızıl medal qazanıb və bu baxımdan rekordçudur.

Xatırladaq ki, mundialın öncə İndoneziyada keçirilməsi planlaşdırılsa da, siyası səbəblərdən ev sahibliyi bu ölkədən alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir