Siyasət

Putinin açıqlaması Azərbaycanın mövqeyinə necə təsir edir? – VİDEO

Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycanın Dağlıq Qarabağdakı haqq savaşından və Türkiyənin mövqeyindən danışıb. Baku TV xəbər verir ki, Rusiya rəhbəri Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyib. O bildirib ki, beynəlxalq hüquq da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir. Məsələ ilə bağlı Baku TV-yə danışan “Milli Dirçəliş Hərəkatı” partiyasının sədri Fərəc Quliyev bildirib […]

Cəmiyyət

Əcnəbi vətəndaş Qırmızı kitaba düşən quşu ovlayarkən tutuldu – FOTO

Nadir və qiymətli şahin quşlarının tutularaq, ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qaydada izləmə prosesləri aparılıb. Nazirlikdən bildirilib ki, 16 noyabr 2020-ci ildə ETSN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən birgə reyd zamanı əcnəbi vətəndaş İmad Alaborsan […]

Bölgə

İşğaldan azad etdiyimiz Hadrut qəsəbəsinin eksklüziv görüntüləri – VİDEO

İşğaldan azad olan Hadrutun yeni görüntüləri yayılıb. Baku TV-nin çəkliş qrupu Hadrut qəsəbəsində olub. Hadrut qəsəbəsi iqtisadi baxımdan çox əlverişlidir. Bu qəsəbə coğrafi relyef baxımından sıx meşələri və çayları ilə zəngindir. İşğaldan əvvəl həmin ərazilər istirahət zonası olub və ilin bütün fəsillərində həmin ərazilərə turistlər gəlib. Bundan başqa, kənd təsərrüfatı mütəxəssisləri deyir ki, iqtisadi baxımdan […]

Xarici siyasət

XİN-dən Putinin Qarabağ barədə müsahibəsi ilə bağlı AÇIQLAMA

“Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri  olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir”. Bu barədə Azərbaycan […]

Dünya

Hikmət Hacıyev: “Ermənilər mülki əhaliyə qarşı əldəqayırma raket sistemlərindən istifadə edib” – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Füzuli rayonuna səfər edib. H.Hacıyev bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb. H.Hacıyev ANAMA nümayəndələrinin Füzuli rayonunda əldəqayırma raket qurğularını təmizlədiyi ərazilərdə olub. Prezidentin köməkçisi Ermənistan ordusunun mülki əhalinin sıx yaşadığı kəndlərə qarşı əldəqayırma raket qurğularından istifadə etdiyini vurğulayıb. H.Hacıyev əlavə edib […]

Kriminal

Azərbaycanda vəzifəli şəxslər rüşvət alarkən tutuldu – RƏSMİ

Vəzifəli şəxslər rüşvət alarkən cinayət başında yaxalanıb. Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1 200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. […]

Media

Yeni xəbər saytı fəaliyyətə başladı

Bu gün internet mətbuatının ön sıralarda irəlləməsi Azərbaycan mətbuatının uğurlarından xəbər verir. Günü-gündən müxtəlif başlıq adları altında informasiya agentlikləri oxucuların ixtiyarına verilir.İnternet mətbuatının bir-biri ilə sağlam rəqabətə başladığı bir vaxtda DOĞRU.AZ informasiya agentliyi də mətbuat aləminə öz qədəmlərinə qoyur. DOĞRU.AZ digər informasiya agentliklərindən üstünlüyü ondan ibarətdir ki, adından da göründüyü kimi hadisə yerindən xəbərləri adına […]

Sosial

İşğaldan azad olunmuş ərazilərdə ağac əkini davam edir

İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib. Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən […]

Asiya

Türkiyədə pandemiya ilə əlaqədar həftəsonu küçəyə çıxmaq qadağan edilib

Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri sərtləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə növbəti iclasından sonrakı çıxışında bildirib. Prezident deyib ki, COVİD-19 infeksiyasına yoluxma sayı ölkə boyu artdığına görə, mübarizə tədbirlərilə əlaqədar bu həftənin şənbə və bazar günlərindən başlayaraq (saat 10.00-dan 20.00-dək xaric) həftəsonu küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq. […]

İqtisadiyyat

Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə layihələrə xərclənən məbləğ açıqlanıb

2020-ci ilin ilk üç rübündə BP şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə regionunda əməliyyatçısı olduğu layihələr üzrə yerli ehtiyatlardan istifadəyə xərclənən birgə məbləği açıqlayıb. “BP Azərbaycan”dan verilən məlumata əsasən, bu layihələrə xərclənən cəmi məbləğin həcmi 1 milyard 353,5 milyon dolları təşkil edib. Xərclərin 237,2 milyon dollarını kiçik və orta müəssisələr, 29,3 milyon dollarını dövlət şirkətləri, 646,8 milyon dollarını yerli tərəfdaşı […]