Media

Yeni xəbər saytı fəaliyyətə başladı

Sharing is caring!

Bu gün internet mətbuatının ön sıralarda irəlləməsi Azərbaycan mətbuatının uğurlarından xəbər verir. Günü-gündən müxtəlif başlıq adları altında informasiya agentlikləri oxucuların ixtiyarına verilir.İnternet mətbuatının bir-biri ilə sağlam rəqabətə başladığı bir vaxtda DOĞRU.AZ informasiya agentliyi də mətbuat aləminə öz qədəmlərinə qoyur. DOĞRU.AZ digər informasiya agentliklərindən üstünlüyü ondan ibarətdir ki, adından da göründüyü kimi hadisə yerindən xəbərləri adına uyğun olaraq, doğru, düzgün, dəqiq və bütün hüquqlar çərçivəsində oxucuların diqqətinə çatdırmaq, əsas hədəf nöqtəsidir. Yaradılmış yeni xəbər portalının daxilində yer alan xəbər hissələrinin ölçüsü və meyyarı ondan ibarətdir ki, Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və.s həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlərlə oxucuları agah etsin.Dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaq DOĞRU.AZ ın başlıca şüarıdır. Yeni istifadəyə verilmiş xəbər agentliyi çap olunan xəbərlərini bütün sosial şəbəkələr vasitəsi ilə yayımlayaraq, oxucuları tez bir zamanda xəbərlərlə xəbərdar etməyi özünə borc bilibdir.Onu da diqqətə çatdıraq ki, yeni yaradılmış infomasiya agentliyinin vəzifəsi yalnız yazı şəkilində xəbərlər yayılmamaq deyil, qarşıya qoyulmuş əsas məqsəd fiziki və hüquqi şəxslərlə görüşmək, reportaj formasında xəbərlər hazırlayaraq, diqqətə çatdırmaqdır. Bununla yanaşı rüşvətə və korrupsiyaya bulaşmış məmurları ifşa edərək, Azərbaycanın adına ləkə salmalarının qarşısını almaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan mətbuatına və mətbuat nümayəndlərinə göstərdiyi qayğı və diqqət onu deməyə əsas verir ki, Azərbaycan mətbuatı ehtibarlı əllərdədir. Hər gün çiçəklənərək, uğurlara yön alan Azərbaycan hər bir sahədə olduğu kimi mətbuat sahəsində də, dünya arenasında öz sözünü deyərək, layiqli imzasını atıbdır.
Yeni yaradılmış DOĞRU.AZ informasiya agentliyinin rəhbəri İlqam Cəbiyevə bu çətin, yorulmaz işində uğurlar, informasiya agentliyinə isə geniş oxucu kütləsi arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir