Cəmiyyət

Yeni istismara verilən yerüstü piyada keçidində lift işləmir? – VİDEO

Paytaxtın Suraxanı rayonu Zığ şosesində quraşdırılan piyada keçidindəki lift işləmir. Xezerxeber.az-ın məlumatına görə, liftin işləməməsi daha çox yaşlılar, eləcə də uşaq arabası ilə keçidə düşmək istəyənlər üçün problem yaradır. Belə olan halda isə bəzi piyadalar maşın yoluna çıxaraq digər tərəfə keçirlər. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidəki piyada keçidi tam istifadəyə verilməyib: “Keçid istismara […]

Dünya

Çində şəhər merinin müavini və siyasi komissar daşqında həlak oldular

Çinin Şulan şəhərində vitse-mer səlahiyyətlərinin icraçısı, həmçinin yerli qarnizonun siyasi komissarı daşqın zonasında aparılan xilasetmə işləri zamanı xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar. “Şəhər Partiya Komitəsinin Daimi Komitəsinin üzvü və vitse-mer səlahiyyətlərinin icraçısı Lo Syuydun, Çin Xalq Azadlıq Ordusunun Şulan Şəhər Komandanlığının siyasi komissarı Çjou Kunsun və Silin Suya Mühafizə Təsərrüfatı və Hidroelektrik Planlaşdırma İnstitutunun […]

Dünya

Məşhur filmin rejissoru vəfat etdi – FOTO

“The Exorcist” (1973-cü il) qorxu filmi ilə tanınan amerikalı kinorejissor və ssenarist Uilyam Fridkin 87 yaşında ABŞ-də vəfat edib. Rejissorun dul arvadı Şerri Lansqin verdiyi məlumata görə, o, avqustun 7-də Los-Ancelesdə dünyasını dəyişib. Qeyd edək ki, Fridkin iki dəfə “Qızıl Qlobus” və “Oskar” mükafatı laureatıdır. O, həmçinin “Fransız əlaqələndiricisi” (1971),  “Kağız ay” (1973), “12 qəzəbli […]

Siyasət

İrəvanda əsir saxlanılan Hüseyn anasına zəng etdi – VİDEO

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov ailəsi ilə əlaqə saxlayıb. Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova bildirib. “Bu gün oğlumla danışdım. Şükür, yaxşıdır oğlum. Yaraları yoxdur, sağalıb. Amma arıqlayıb. Telefon danışığını Qırmızı Xaç Komitəsi təşkil etmişdi. Hüseyn yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu dedi”, – deyə hazırda xəstəxanada müalicə alan Ş.Axundova söyləyib. Xatırladaq ki, […]

Dünya

Rusiya Ukraynada yaşayış binasını vurdu: Ölənlər var – VİDEO

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzində yaşayış binalarına iki raket zərbəsi endiriblər. Bu barədə vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. Onun sözlərinə görə, zərbələr bir neçə dəqiqəlik fasilələrlə endirilib. Hücum nəticəsində doqquz və beşmərtəbəli binalara, həmçinin digər yaşayış evlərinə, hotelə, mağazalara və inzibati binalara ziyan dəyib. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak iki […]

Dünya

MDB Oyunları: Azərbaycanın iki boksçusu bürünc medal qazanıb

Azərbaycanın iki qadın boksçusu Belarusda keçirilən ll MDB Oyunlarında medal qazanıb. “Report”un məlumatına görə, 48 kq-da çıxış edən Azərbaycan boksçularından Lalə Mədətova və 52 kq-da mübarizə aparan Nərmin Əlizadə bürünc mükafata sahib çıxıblar. Qeyd edək ki, boks üzrə Azərbaycan yığmaları yarışda 16 idmançı ilə təmsil olunurlar. Xeberal.az

Dünya

Fransa şirkəti üç ölkə paytaxtına uçuşları dayandırır

Fransanın “Air France” milli aviadaşıyıcı şirkəti Niger (Niamey), Burkina-Faso (Uaqaduqu) və Mali (Bamako) paytaxtlarına uçuşları dayandırmaq qərarına gəlib. Bu barədə aviaşirkətin nümayəndələri məlumat veriblər. Məlumata görə, Niameyə uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb, Uaqaduqu və Bamakoya uçuşlar isə avqustun 11-dək ləğv edilib. Aviaşirkətdən, həmçinin, qeyd edilib ki, Niger üzərində hava məkanının bağlanması səbəbindən uçuş planlarına yenidən […]

Siyasət

Dövlət Departamenti: “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”

“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib. “Sülhə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlayırıq” – deyə, o bildirib. Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin […]

İdman

Azərbaycanın futzal yığması MDB Oyunlarına böyük hesablı məğlubiyyətlə başlayıb

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığması Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB oyunlarında ilk oyununu keçirib. “Report”un məlumatına görə, milli komanda ev sahibləri ilə qarşılaşıb. Görüş rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 7:1. U-19-un heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub. Qeyd edək ki, Azərbaycan millisinin növbəti matçı avqustun 8-də Qırğızıstana qarşı olacaq. Xeberal.az

Dünya

Makron Nigerdə ​​axtarışa verildi

Fransa Prezidenti Emmanuel Makron Nigerdə ​​axtarışa verilib. Müvafiq elanda deyilir: Axtarılır: Emmanuel Jan-Mişel Frederik Makron. Cins: Kişi. Doğum tarixi: 21 dekabr 1977-ci il. Vətəndaşlıq: Fransa. Peşə: Fransa Prezidenti. Elanda həmçinin qeyd olunur ki, Niger ərazisində ​​bu şəxs cinayətkar sayılır. Bu səbəbdən də, onu görənlərdən polisə xəbər vermələri xahiş edilir. Xeberal.az