Siyasət

İrəvanda əsir saxlanılan Hüseyn anasına zəng etdi – VİDEO

Sharing is caring!


Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov ailəsi ilə əlaqə saxlayıb.

Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova bildirib.

“Bu gün oğlumla danışdım. Şükür, yaxşıdır oğlum. Yaraları yoxdur, sağalıb. Amma arıqlayıb. Telefon danışığını Qırmızı Xaç Komitəsi təşkil etmişdi. Hüseyn yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu dedi”, – deyə hazırda xəstəxanada müalicə alan Ş.Axundova söyləyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir