Cəmiyyət

Yeni istismara verilən yerüstü piyada keçidində lift işləmir? – VİDEO

Sharing is caring!


Paytaxtın Suraxanı rayonu Zığ şosesində quraşdırılan piyada keçidindəki lift işləmir.

Xezerxeber.az-ın məlumatına görə, liftin işləməməsi daha çox yaşlılar, eləcə də uşaq arabası ilə keçidə düşmək istəyənlər üçün problem yaradır.

Belə olan halda isə bəzi piyadalar maşın yoluna çıxaraq digər tərəfə keçirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidəki piyada keçidi tam istifadəyə verilməyib:

“Keçid istismara tam hazır olanda lift də işlək vəziyyətdə olacaq”.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir