Dünya

Fransa şirkəti üç ölkə paytaxtına uçuşları dayandırır

Sharing is caring!


Fransanın “Air France” milli aviadaşıyıcı şirkəti Niger (Niamey), Burkina-Faso (Uaqaduqu) və Mali (Bamako) paytaxtlarına uçuşları dayandırmaq qərarına gəlib.

Bu barədə aviaşirkətin nümayəndələri məlumat veriblər.

Məlumata görə, Niameyə uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb, Uaqaduqu və Bamakoya uçuşlar isə avqustun 11-dək ləğv edilib.

Aviaşirkətdən, həmçinin, qeyd edilib ki, Niger üzərində hava məkanının bağlanması səbəbindən uçuş planlarına yenidən baxmağa məcburdurlar və bu da Afrikanın bir neçə ölkəsinə uçuşların müddətini 15 dəqiqədən iki saata qədər artıracaq.

Mənbə: BFMTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir