Cəmiyyət

Bakıda 25 dərəcə isti olacaq – Sabahın HAVA PROQNOZU – VİDEO

Azərbaycan ərazisində sentyabrın 20-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz […]

Dünya

Bayden: “Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çalışacaq”

Birləşmiş Ştatlar bu qurumun “yeni səslərə” və “yeni rəylərə” ehtiyacı olduğuna inanaraq, BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çalışacaq. Bunu ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı deyib. “Keçən il burada çıxışımda Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının genişlənməsini, daimi və qeyri-daimi üzvlərin sayının artırılmasını dəstəkləyəcəyini bəyan etmişdim. ABŞ BMT üzvü olan […]

Siyasət

Azərbaycan və İsveçrənin XİN başçıları son erməni təxribatlarını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İqnatsio Kassislə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb. “Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İqnatsio Kassis ilə görüşərək Azərbaycan-İsveçrə tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri və son erməni hərbi təxribatlarını […]

Cəmiyyət

Qarabağda həlak olan polisin yaxınları danışdı: “Xeyir işi olmalı idi” – VİDEO

Ermənistanın mina terroru nəticəsində Füzulidə həlak olan polis serjantı Seyfi Abdullayevin nəşi Sabunçu rayonunda yerləşən ata evinə gətirilib. S.Abdullayevin yaxınları Baku TV-yə danışıblar. Həlak olan polisin əmisi Abbasəli Abdullayev bildirib ki, Seyfinin bu yaxınlarda xeyir işi olmalı idi: “Ailədə iki qardaş idilər, Seyfi ikinci övlad idi”. Ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

MN: “Ordumuzun zərbə PUA-ları tətbiq etməsi ilə bağlı yayılan məlumatlar dezinformasiyadır”

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən zərbə PUA-larının tətbiq edilməsi ilə bağlı yayılan məlumatlar növbəti dezinformasiyadır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.   Xeberal.az

Dünya

Ərdoğan Netanyahu ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Danışıqlar Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində baş tutub. Dövlət başçısı həmçinin İtaliyanın Baş naziri Corcia Meloni ilə də görüşüb. Hər iki görüşün mətbuata qapalı keçirildiyi bildirilib. Mənbə: TRT Xeberal.az

Siyasət

Azərbaycan parlamenti antiterror tədbirləri barədə beynəlxalq ictimaiyyətə müraciət edib

Milli Məclisin sədri Sahibə Qafarova, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən antiterror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar. Oxu.Az xəbər verir ki, müraciətdə qeyd olunur ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, […]

Müharibə

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır”

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir. Xeberal.az

Dünya

Çempionlar Liqası: “Barselona” rəqibini darmadağın edib, son çempion əzmkar qələbə qazanıb – VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Oxu.Az-ın məlumatına görə, bu gün E, F, G və H qruplarında I turun oyunları keçirilib. Günün maraqla gözlənilən görüşü Fransada olub. PSJ öz meydanında Almaniyanın “Borussiya” (Dortmund) klubunu məğlub edib. Turnirin son qalibi “Mançester Siti” İngiltərədə qəbul etdiyi Serbiyanın “Srvena Zvezda” komandası üzərində əzmkar qələbə qazanıb. İspaniya “Barselona”sı […]

Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb. “Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli […]