Dünya

Bayden: “Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çalışacaq”

Sharing is caring!


Birləşmiş Ştatlar bu qurumun “yeni səslərə” və “yeni rəylərə” ehtiyacı olduğuna inanaraq, BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çalışacaq.

Bunu ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı deyib.

“Keçən il burada çıxışımda Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının genişlənməsini, daimi və qeyri-daimi üzvlərin sayının artırılmasını dəstəkləyəcəyini bəyan etmişdim. ABŞ BMT üzvü olan bir çox ölkələrlə əhəmiyyətli məsləhətləşmələr aparıb və biz islahatların irəliləyişini təmin etmək üçün üzərimizə düşəni etməyə davam edəcəyik. Biz tez-tez irəliləyişə, şurada konsensusa mane olan tıxacın öhdəsindən gəlməyi bacarmalıyıq. Bizə daha çox səs, daha çox fikir lazımdır”, – ABŞ lideri bəyan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir