Cəmiyyət

Bakıda 25 dərəcə isti olacaq – Sabahın HAVA PROQNOZU – VİDEO

Sharing is caring!


Azərbaycan ərazisində sentyabrın 20-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 766 mm civə sütunu – olacaq. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir