Dünya

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb – VİDEO

Tavuşun Kirants kəndində gərgin vəziyyət davam edir. Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinə etiraz edən sakinlərlə polis arasında qarşıdurma yaranıb. Bununla bağlı Ermənistan “Telegram” kanallarında videogörüntülər yayılıb və polisin etiraz edən sakinlərə qarşı güc tətbiq etdiyi bildirilib. Qeyd edək ki, daha əvvəl nümayişçilərə radikal tədbirlərə əl atmamaq tövsiyə olunsa da, kənd camaatı buna qulaq asmaq […]

Cəmiyyət

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi – VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib. Xezerxeber.az-ın məlumatına görə, orqan transplantasiyası paytaxtda özəl xəstəxanaların birində həyata keçirilib. Əməliyyat 10 saata yaxın davam edib. Hazırda hər iki xəstənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü – VİDEO

Bakıda kişi “Instagram”da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) “Instagram”da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirlə restoranda görüşür. Tahir Ayana qarşı hisslərinin ciddi olduğunu deyir. Elə Ayanın da Tahiri bəyənməsi aralarında sevgi […]

MARAQLI

Rusiyada dalandarın qəhrəmanlığı: Boru ilə üçüncü mərtəbəyə qalxdı və üç qadını xilas etdi – ANBAAN VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binası yanıb. Binanın sakinləri olan üç qadın güclü istilik və tüstü səbəbindən evlərindən çıxa bilməyib. Qadınlar pəncərələri açıb qaçmağa çalışıblar və bu zaman qəflətən onların köməyinə dalandar gəlib. Kişi məharətlə drenaj borusu vasitəsilə üçüncü mərtəbəyə qalxıb və qadınların onlar üçün uzadılmış nərdivana enməsinə kömək edib. Baş verənlər anbaan lentə alınıb və görüntülər […]

Dünya

Kanada baş nazirindən açıqlama – Ölkədə “TikTok” bağlanır?

Kanada hakimiyyəti ABŞ-dən sonra kanadalıların şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə “TikTok” sosial şəbəkəsi ilə bağlı fəaliyyət variantlarını araşdırır. Bu barədə Kanada Baş naziri Castin Tryudo Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə bildirib. “ABŞ “TikTok”la bağlı növbəti addımlarını atdı. Biz də kanadalıların şəxsi məlumatlarının təhlükəsizliyini qorumaq üçün variantlarımızı araşdırırıq ki, düzgün seçim edə bilək”, – deyə […]

Dünya

Qəzzada müharibə başlayandan bəri ölən fələstinlilərin sayı açıqlandı

Qəzza zolağında İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsi nəticəsində ölən və yaralananların siyahısı yenilənib. Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən ilin oktyabrın 7-dən bəri Fələstin tərəfindən ölənlərin sayı 34 356 nəfərə çatıb, 77 368 nəfər isə yaralanıb. Mənbə: osnmedia.ru Xeberal.az

Müharibə

133,373 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib – FOTO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub. AZƏRTAC xəbər verir ki, səfərdə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. […]

Dünya

KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb. Bununla bağlı KİV-də Türkiyə rəsmisinə istinadən məlumat yayılıb. “Ərdoğan və Bayden arasında mayın 9-da Ağ Evdə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb”, – məlumatda bildirilir. Bir gün əvvəl ABŞ administrasiyasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ Prezidenti Co Baydenin proqramında hələlik türkiyəli həmkarı ilə görüş nəzərdə tutulmayıb. […]