MARAQLI

Qəbiristanlıqda lüt soyunaraq yolsuzluq avtomobilini sınaqdan keçirən sərxoş rusiyalının şousu – FOTO

Rusiyanın Saxalin şəhərində yolsuzluq avtomobilinin sürücüsü qəbiristanlıqda “yarış” keçirib. O, maşını ilə qəbirlərin üstündən keçib, bir neçə başdaşını dağıdıb, sonra isə soyunaraq çılpaq halda maşının ətrafında qaçıb. Qəribə hadisəyə şahid olan qəbiristanlıq işçiləri polisə zəng vurublar. Məlumata görə maşında daha üç nəfər olub. Hadisə yerinə gələn polislər onların hamısını saxlayıblar. Sürücü və sərnişinlər sərxoş olublar. […]

MARAQLI

Boynuna taxılan kamera ilə pişiyin birgünlük həyatı görüntüləndi – VİDEO

Boynuna taxılan kamera ilə birgünlük həyatı qeydə alınan küçə pişiyinin yaşamından olan görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Kadrlarda onun ərazi mübahisəsi və başqa pişiklərlə davası qeydə alınıb. Görüntülərdə onun avtomobillərin altında, dar cığırlardan çevik hərəkəti də əks olunub. Mənbə: Haber Global Xeberal.az

MARAQLI

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz – VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında: Xeberal.az

MARAQLI

Eynəyi cızıqlardan xilas edən təbii üsul – FOTO

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqları bir anda aradan qaldırır. Bunun üçün bir çay qaşığı soda və bir çay qaşığı duz qarışdırılır. Sonra üzərinə ilıq […]

Cəmiyyət

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışıb. Xezerxeber.az-ın məlumatına görə, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 16 yaşlı qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, o, özündən bir yaş böyük oğlana qoşulub qaçıb. Yeniyetmə qızın atası bildirib ki, qızının təhsil almağını istəyir və övladı yanvar ayından etibarən tibb […]

Dünya

“Real Madrid” – “Real Sosyedad” oyununda Arda Güler üçün bir ilk yaşanacaq

İspaniya La Liqasının 33-cü turunda “Real Madrid” səfərdə “Real Sosyedad”la qarşılaşacaq. “Real Madrid”də çıxış edən türkiyəli gənc futbolçu Arda Güler bu oyunda ilk 11-lik heyətdə meydana çıxacaq. Bununla da, Arda ​​bu mövsüm ilk dəfə La Liqada ilk 11-lik heyətdə meydana çıxmış olacaq. Qeyd edək ki, qarşılaşmadan əvvəl “Real Madrid” 81 xalla zirvədədir. “Real Sosyedad” isə […]

Dünya

Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib

ABŞ Prezidenti Co Bayden 1972-ci ildə birinci həyat yoldaşı və qızının avtomobil qəzasında həlak olmasından sonra intihar barədə düşündüyünü deyib. Baydenin birinci həyat yoldaşı Neyliya və azyaşlı qızı Naomi 1972-ci ilin dekabrında avtomobil qəzasında həlak olub, iki oğlu Hunter və Bo isə xəsarət alıblar. “O an düşündüm ki, intihar etmək üçün dəli olmaq lazım deyil… […]

Dünya

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

ABŞ Ukraynaya silah alınması üçün 6 milyard dollar ayıracaq. Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin məlumat verib. “Mən Ukraynaya yardım təşəbbüsü çərçivəsində 6 milyard dollar ayrıldığını elan etməkdən məmnunluq duyuram. Bu, ABŞ-də istehsal olunan silahların alınmasında bizə kömək edəcək”, – deyə o bildirib. “Bu, indiyədək ən böyük yardım paketidir. Bura NASAMS və Patriot sistemləri […]

Dünya

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib – SƏBƏB

Cənubi Afrikanın Qautenq əyalətinin məhkəməsi dələduzluqda təqsirli bilinən doqquz nəfəri 10939 il müddətinə azadlıqdan məhrum edib. Qeyd olunur ki, məhkum olunanlar çirkli pulların yuyulması, dələduzluq, sənədlərin saxtalaşdırılması və qanunsuz fəaliyyətdə başqalarına köməklik də daxil olmaqla 391 maddə ilə ittiham olunublar. Ən böyük cəzanı 59 yaşlı Yeremiya Nyaşa Musivaço Dube alıb – 3378 il. Lakin məhkəmə […]

Cəmiyyət

Şağanda yağış yağmasa da, palçıq əlindən keçilməz olan ərazilər – VİDEO

Küçələr, evlərin zirzəmiləri, həyətlər, hətta yüksək gərginlikli elektrik dirəklərinin basdırıldığı səkilər belə qrunt suları ilə dolub-daşır. Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtın Xəzər rayonu Şağan qəsəbəsindəndir. Sakinlər bildiriblər ki, ilin bütün fəsillərində bu ərazidə vəziyyət eynidir. Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin həlli ilə əlaqədar “Azərsu” ASC-yə müraciət ünvanlanıb. “Şağan qəsəbəsində qrunt sularının kənarlaşdırılması […]