MARAQLI

Qəbiristanlıqda lüt soyunaraq yolsuzluq avtomobilini sınaqdan keçirən sərxoş rusiyalının şousu – FOTO

Sharing is caring!




Rusiyanın Saxalin şəhərində yolsuzluq avtomobilinin sürücüsü qəbiristanlıqda “yarış” keçirib. O, maşını ilə qəbirlərin üstündən keçib, bir neçə başdaşını dağıdıb, sonra isə soyunaraq çılpaq halda maşının ətrafında qaçıb.

Qəribə hadisəyə şahid olan qəbiristanlıq işçiləri polisə zəng vurublar.

Məlumata görə maşında daha üç nəfər olub. Hadisə yerinə gələn polislər onların hamısını saxlayıblar.

Sürücü və sərnişinlər sərxoş olublar. Onlar qəbiristanlığa məzarlardan birini ziyarət etmək üçün getdiklərini bildiriblər.

Mənbə: “Baza” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir