Cəmiyyət

Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? – VİDEO

“Kanalizasiya quyularından maşın təkəri, mişardaşı, hətta soyuducu qapağı çıxır”. Bunu ARB telekanalının efirində “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, Bakı şəhərində gün ərzində kanalizasiya problemləri haqqında qaynar xəttə 100-dək müraciət daxil olur: “Bu müraciətlərin bir çoxuna diqqət edəndə məlum olur ki, problemlərin əsas səbəbi kanalizasiya xətlərinə məişət tullantılarının atılmasıdır”. Anar Cəbrayıllı […]

Müharibə

Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”

“Tərəflər arasında mühüm razılaşma əldə olunub, söhbət Almatı bəyannaməsinə növbəti istinaddan gedir. Qoy indi  möhtərəm Baqrat və ümumiyyətlə bütün kilsə xadimləri soydaşlarımıza cavab versinlər: Onlar nəyə qarşı mübarizə aparırlar? Ermənistanda sərhəd olmaması üçün? Belə çıxır ki, bəli”. Bunu erməni politoloq Arutyun Mkrtçyan Ermənistan mediasına müsahibəsində deyib. O, bildirib ki, Azərbaycanla sərhəd delimitasiya və demarkasiya edilməsə, o […]

Cəmiyyət

Astarada xarabalıqdan betər tibb məntəqəsi – VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsində tibb məntəqəsi istifadəyə yararsız vəziyyətdədir. Belə ki, Ərçivan Ailə Sağlamlıq Mərkəzindəki şəraitsizlik səbəbindən sakinlər müayinə və müalicələrdən məhrum qaldıqlarını deyirlər. “İçəri girəndə adam qorxur. Pəncərəsi yoxdur, döşəməsi isə pis vəziyyətdədir. Əsasən də qış aylarında çətinlik çəkirik. Uşaqları peyvəndə gətirəndə soyuğa görə paltarlarını çıxarmaq zülm olur”, – deyə sakinlər narazılıq bildiriblər. Ətraflı Baku […]

Cəmiyyət

Naxçıvanda REYD: Narkotacirlər saxlanıldılar – VİDEO

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini 1977-ci […]

Siyasət

Paşinyan Aİ nümayəndəsi ilə sərhədlərin delimitasiyası məsələsini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə ediblər. Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına görə, tərəflər həmçinin regional vəziyyəti, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçiriblər. Klaar qeyd edib ki, Aİ 1991-ci il […]

Cəmiyyət

Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? – FOTO

Planetin “barıt çəlləyi” olan Yaxın Şərqdə növbəti gərginlik dalğası xeyli müddətdir davam edir. 2023-cü ilin oktyabrında İsraillə HƏMAS arasında başlayan hərbi toqquşmanın miqyası genişlənməkdədir. Yaranmış şəraitdə artıq İranla İsrail arasında müharibənin qaçılmazlığına dair müzakirələr xeyli intensivləşib. Belə ki, aprelin ilk günlərində İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə raket hücumundan və nəticədə iranlı generalın ölümündən sonra tərəflər […]

Cəmiyyət

Müəllimlərin NƏZƏRİNƏ: Növbəti vakansiya seçimi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Bu barədə Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq. […]

İqtisadiyyat

Ekspert: “COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər”

“Hidrogen enerjisinə keçid gələcək nəslə buraxıla biləcək ən böyük hədiyyədir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) hidrogen yanacaq elementlərinin tədqiqatı və inkişafı sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək üçün platforma ola bilər”. Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun rəhbəri Məhəmməd Əbu Laban […]

Kriminal

Vüqar Səfərli ilə birgə ittiham olunan baş memar cəzadan azad edildi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə ittiham olunan, jurnalistlər üçün tikilmiş binaların baş memarı olmuş Telman Tahirovun azadlığın məhdudlaşdırılması cəzasından (elektron qolbaq) vaxtından əvvəl azad edilməsi barədə müraciətə baxılıb. APA xəbər verir ki, bununla bağlı məhkəmə müvafiq qərar qəbul edib. Qərara əsasən, Telman Tahirovun müracəti […]

Cəmiyyət

Vüqar Səfərli ilə birgə ittiham olunan baş memar cəzadan azad edildi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə ittiham olunan, jurnalistlər üçün tikilmiş binaların baş memarı olmuş Telman Tahirovun azadlığın məhdudlaşdırılması cəzasından (elektron qolbaq) vaxtından əvvəl azad edilməsi barədə müraciətə baxılıb. APA xəbər verir ki, bununla bağlı məhkəmə müvafiq qərar qəbul edib. Qərara əsasən, Telman Tahirovun müracəti […]