Hadisə

Bakıda “Porsche” yandı

Bakı şəhərinin Binəqədi rayonunda “Porsche” markalı minik avtomobilinin salonu yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəmiyyət

Qarabağda döyüşmək üçün komissarlığa müraciət edən doqquz yaşlı uşağın vətənpərvər arzuları – VİDEO

İlyas Şərifov 2011-ci ildə Göyçay şəhərində anadan olub. Onun 3 yaşından vətənə aid şeirləri əzbərləməsi yaxınlarının diqqətini çəkib. Daha sonra orta məktəb tədbirlərinə qatılaraq vətənpərlik mövzusunda şeirlər deyib. Daim qəlbi vətən və əsgərlərimizlə döyünən azyaşlı qəhrəmanımız sentyabrın 27-də Qarabağ müharibəsi başlayan zaman öz istəyi ilə Göyçay Rayon Hərbi Komissarlığına müraciət də edib. Baku TV xəbər […]

Müharibə

ANAMA əməliyyat keçirdi: Partlamamış hərbi sursatlar aşkarlandı – FOTO

Noyabrın 18-19-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 61 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən beş müraciət daxil olub. Bununla bağlı ANAMA məlumat yayıb. Bildirilib ki, daxil olmuş […]

Siyasət

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçiriləcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu gün keçiriləcək iclasın gündəliyinə təklif olunan aşağıdakı məsələlər müzakirə ediləcək: 1. “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə). 2. “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı […]

Cəmiyyət

Əli Həsənov akademiyadakı vəzifəsindən də azad olundu+ FOTO/VİDEO

Prezidenin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib. “MediaPost”un əldə etdiyi məlumata görə, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına Namiq Həsən oğlu Əliyev təyin olunub. Prezident yanında Dövlət İdarəçilik Akademiyasından xəbəri saytımıza təsdiq ediblər. Qeyd edək […]

Cəmiyyət

Qarakənd faciəsindən 29 il ötür

Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 29 il ötür. “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri  – ümumilikdə 22 nəfər həlak olub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, […]

Müharibə

Ağdam rayonu işğaldan azad olundu

Ağdam rayonu artıq erməni işğalından azad olunub. Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir. Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Sahəsi 1150 kvadrat […]