Dünya

İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı – VİDEO

İranın cənub şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zərabad bölgəsinə yağan güclü yağışlar nəticəsində min hektarlarla əkin ərazisi sel sularının altında qalıb. Qeyd olunub ki, sel fərdi təsərrüfatlara, o cümlədən bağlara və əkin sahələrinə ciddi ziyan vurub. Həmçinin bölgədə kəndlər arasında əlaqə kəsilib, xüsusən yol və enerji infrastrukturuna ziddi ziyan dəyib. Mənbə: Tasnim Xeberal.az

Siyasət

20 min manat borca görə qəssab həbs edildi

Abşeron rayonunda xeyli miqdarda borcunu ödəməkdən boyun qaçıran qəssab həbs edilib. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Mehdiabad qəsəbəsində yerləşən “Daşkəsən” ət məhsulları mağazasını işlədən 1974-cü il təvəllüdlü Nazim Əliyev (şərti ad) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Şikayətçi Daşkəsən rayonu ərazisində Nazimə 15 ədəd iribuynuzlu heyvan verdiyini, onun ətin satışından sonra ödəməli olduğu […]

Siyasət

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib. “Report”un xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb […]

Siyasət

Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə – VİDEO

Gözlədiyimiz kimi, aprelin 5-də Belçikanın paytaxtında Ermənistan-ABŞ-Aİ formatında baş tutan üçtərəfli görüşün müqəddiməsi deyil, son sözü intriqalarla dolu oldu. Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan süjetdə deyilir. Müəllif xatırladıb ki, görüş ərəfəsində, yəqin ki, Azərbaycanın artan sayıqlığını və yüksək müşahidə-analitik resurslarının səfərbərliyini hiss edən ABŞ-nin Dövlət katibi Antoni Blinken, ardınca da Avropa Komissiyasının rəhbəri […]

Cəmiyyət

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. “Report” xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək. Xeberal.az

Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Oxu.Az Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuyan maşın yanıb. Yüksək temperaturdan 3 p/m mətbəx mebeli qarsalanıb. Yanğın zamanı bir nəfər yanıq […]

Dünya

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib

“Apple” Çin hakimiyyətinin tələbi ilə “WhatsApp” mesencerini və “Threads” xidmətini Çindəki “App Store”dan silib. “Facebook”, “Instagram” və “Messenger” kimi digər korporasiya məhsulları isə yükləmək üçün əlçatan qalır. “Çinin kibertənzimləyicisi milli təhlükəsizlik baxımından bu proqramların çıxarılmasına göstəriş verib”, – deyə “Apple”ın açıqlamasında deyilir. Həmçinin korporasiya fəaliyyət göstərdiyi ölkənin qanunlarına, hətta onlarla razılaşmasa belə, riayət etməyə borclu […]

Siyasət

Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda – VİDEO

Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər. News.az-ın əldə etdiyi videoda Rusiya sülhməramlılarının hərbi texnikasının ilk partiyasının, o cümlədən “24 BTR-82A” zirehli transportyorunun Goran dəmir yolu stansiyası vasitəsilə Azərbaycan ərazisindən çıxarıldığı görünür. Qeyd olunur ki, hərbi texnika Azərbaycanın “Yalama” sərhəd məntəqəsindən Rusiyaya aparılır.   Xeberal.az

İdman

“Qəbələ” klubu israilli futbolçusu ilə yollarını ayırıb

“Qəbələ” klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb. “Report” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, 2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən legioner qırmızı-qara formada keçirdiyi 47 matçda üç qol vurub. Feras Abu Akal Premyer Liqada 37 […]

Cəmiyyət

Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar. “Report” xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video […]