İdman

“Qəbələ” klubu israilli futbolçusu ilə yollarını ayırıb

Sharing is caring!




“Qəbələ” klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.

“Report” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən legioner qırmızı-qara formada keçirdiyi 47 matçda üç qol vurub. Feras Abu Akal Premyer Liqada 37 (2 qol), Azərbaycan Kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir