Dünya

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib

Sharing is caring!




“Apple” Çin hakimiyyətinin tələbi ilə “WhatsApp” mesencerini və “Threads” xidmətini Çindəki “App Store”dan silib.

“Facebook”, “Instagram” və “Messenger” kimi digər korporasiya məhsulları isə yükləmək üçün əlçatan qalır.

“Çinin kibertənzimləyicisi milli təhlükəsizlik baxımından bu proqramların çıxarılmasına göstəriş verib”, – deyə “Apple”ın açıqlamasında deyilir.

Həmçinin korporasiya fəaliyyət göstərdiyi ölkənin qanunlarına, hətta onlarla razılaşmasa belə, riayət etməyə borclu olduğunu qeyd edib.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir