Siyasət

Peru mətbuatında Qarabağla bağlı birgə bəyanat barədə danışıldı

Perunun ən nüfuzlu mətbu orqanlarından olan “La República” qəzetində Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən Ermənistanla Azərbaycan arasında atəşkəs təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə razılaşmanın əldə olunmasında Rusiyanın vasitəçiliyi və Türkiyənin əhəmiyyətli rolunu qeyd edən səfir bəyanatın tələblərinə […]

İncəsənət

92 yaşlı türkiyəli aktyor koronavirusa qalib gəldi

Koronavirusa yoluxan Türkiyənin tanınmış aktyoru Haldun Dormen səhhəti barədə sosial şəbəkə hesabında paylaşım edib. 92 yaşlı aktyor vəziyyətinin yaxşı olduğunu vurğulayıb: “Artıq əvvəlki vəziyyətimə qayıdıram. Zəng vuran, soruşan hər kəsə təşəkkür edirəm”. Qeyd edək ki, bir neçə gün əvvəl aktyorun koronavirus testi pozitiv çıxıb.

Cəmiyyət

Ermənistandan növbəti ekoloji terror: Azərbaycan çaylarına zəhər axıdır

Ermənistanın Mehri rayonunun şimal-qərb hissəsində olan molibden yataqlarının yuyulması nəticəsində Araz çayına kifayət qədər zəhərli maddələr axıdılır. Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov bildirib. Onun sözlərinə görə, Ermənistanın Qafan inzibati rayonu ərazisindən axan Oxçuçay vasitəsilə Araz çayı çirkləndirilir: “Kür çayı Sabirabadın yaxınlığında Araz çayı ilə birləşir […]

Dünya

Yapon alimlərindən bir ilk

Dünyadan təxminən 300 milyon kilometr məsafədə olan Ryuqu asteroidindən nümunələr almaq üçün bir il əvvəl kosmosa kapsul göndərən yapon kosmik aparatı “Hayabusa 2” asteroiddən nümunələr olan kosmik kapsulu dünyaya göndərib. Yapon alimləri kosmik kapsulun və onun asteroid nümunələrinin dünən Avstraliyaya uğurla eniş etdiyini açıqlayıblar. Bu barədə “Milliyet” xəbər yayıb. Bildirilib ki, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi (JAXA) tərəfindən həyata keçirilən […]

MDB

Moskva metrosunda döyüş sursatı gəzdirən şəxs saxlandı

Moskva metrosunda üzərində güllələr olan 20 yaşlı gənc polis tərəfindən saxlanılıb. Bu barədə hüquq mühafizə orqanları xəbər yayıb. Bildirilib ki, “Kiyevskaya” metro stansiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayarkən onun çantasından 7,62 millimetrlik kalibrli 11 güllə götürüblər. Onlardan biri təlim, digərləri isə atış üçün nəzərdə tutulub. Gənc güllələri Moskvadakı bir hərbi hissənin poliqonunda tapdığını və özündə saxladığını bildirib. Həmin […]

İdman

2024-cü il Ümumdünya Şahmat Olimpiadası Budapeştdə baş tutacaq

2024-cü il Ümumdünya Şahmat Olimpiadasının ev sahibi olacaq şəhər məlum oldu. Bu, Macarıstanın paytaxtı Budapeştdir. Bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası açıqlayıb. Qeyd etmək lazımdır ki, Budapeşt Olimpiadaya ikinci dəfə ev sahibliyi edəcək. Birinci dəfə bu, 1926-cı ildə baş verib. Xatırladaq ki, Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Koronavirus pandemiyasına görə builki […]

Müharibə

ANAMA cəbhə boyu keçirdiyi əməliyyat zamanı 178 ədəd hərbi sursat aşkarlayıb – FOTO

3-6 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub. ANAMA-nın yaydığı məlumata görə, daxil olmuş 35 çağırış əsasında Agentliyin xüsusi […]

İdman

2020-ci ilin rəmzi futbol komandası bəlli oldu

2020-ci ilin rəmzi komandası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən formalaşıb. Rəmzi on birliyə UEFA Çempionlar Liqasının son qalibi olan “Bavariya”dan beş futbolçu daxil olub. Ümumilikdə heyət belədir: Qapıçı: Manuel Noyer (Almaniya, “Bavariya”) Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə, “Liverpul”), Serxio Ramos (İspaniya, “Real Madrid”), Vircil van Deyk (Hollandiya, “Liverpul”), Alfondo Devis (Kanada, “Bavariya”) Yarımmüdafiəçilər: Coşua Kimmix (Almaniya, […]

Asiya

Türkiyənin Quşadası bölgəsində iki yük gəmisi toqquşdu

Türkiyənin Quşadası bölgəsində biri Komor adaları, digəri isə Toqo bayrağı altında üzən iki yük gəmisi toqquşub. Hadisə zamanı gəmi heyəti xəsarət almayıb, lakin hər iki gəmiyə maddi ziyan dəyib. Bu barədə “Haber Global” məlumat verib. Bildirilir ki, gəmi kapitanlarının kömək istəməsi ilə Sahil Təhlükəsizlik və Quşadası Liman İdarəsi hadisə yerinə gəliblər. Qəzanın hansı səbəbdən meydana gəldiyi araşdırılır. Qeyd […]