Siyasət

Prezident: “Füzulidə beynəlxalq aeroport tikiləcək”

Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir.  Bu sözləri Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.  “Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır. […]

Siyasət

Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi

Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz […]

Müharibə

Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı açıqlandı

“Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 12 hərbi qulluqçumuz və iki mülki şəxs əsirlikdən azad edilib”. XəbərAl.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, […]

Mədəniyyət

“Mənim evim Şuşa” Rusiyada dərc edildi – FOTO

Həmyerlimiz, rusiyalı yazıçı Sabit Əliyevin “Mənim evim Şuşa” adlı kitabı Rusiyada işıq üzü görüb. XəbərAl.az xəbər verir ki, tanınmış stomatoloq və Moskva klinikalarının birinin baş həkimi Sabit Əliyev “Mənim evim Şuşa” povestində Qarabağda müharibəni yaşamış və doğma yerləri tərk etmək məcburiyyətində qalan ailələrdən birinin tarixçəsindən söhbət açır. Əsərin baş qəhrəmanı Azərbaycanın dağ kəndində doğulmuş bir […]

Xarici siyasət

Hulusi Akar: “Can qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər bütün imkanlarımızla yanlarındayıq”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərinin anım günü ilə bağlı açıqlama verib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. “Sarıqamış hərəkatının 106-cı ildönümündə vətən, millət və bayraq uğruna canlarını fəda edərək şəhidlik mərtəbəsinə çatan qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirik”, – deyə H.Akar bildirib. Türkiyənin Milli Müdafiə naziri həmçinin öz […]

Siyasət

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.  Bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb.  Dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. […]

Şou-Biznes

“Kliniki ölüm keçirdim“ – Əməkdar artist

Əməkdar artist Firuzə İbadova klinik ölüm keçirdiyini açıqlayıb. XəbərAl.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” verilişində qonaq olan sənətçi bu barədə danışıb: “Müğənni Xatunun verilişinin çəkilişi idi. Çəkiliş gedirdi, uşaqlar danışıb-gülürdü. Birdən nəfəs ala bilmədim. Uşaqlar tez təcili yardım çağırdılar. Həkimlər dedilər ki, bu kliniki ölümdür. Kliniki ölüm keçirdim. Təzyiqim çox tez düşümüşdü. Xatun […]

İdman

“Neftçi” ispaniyalı məşqçini həmyerlisi ilə əvəzlədi – RƏSMİ

“Neftçi”nin yeni fiziki hazırlıq üzrə məşqçisinin adı bilinib. Bu, ispaniyalı məşqçi Eduardo Karodur. Bu barədə “Neftçi”dən məlumat verilib. 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb. Dünən Bakıya gəlmiş məşqçi bugündən komanda ilə birgə məşqlərə qoşulacaq. Qeyd edək ki, İspaniyanın “Terasa” (2015-2017), “Qava” (2017-2018), Səudiyyə Ərəbistanının “Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin “Gənclərbirliyi” (2020) klublarında çalışmış […]

Gündəm

Qənirə Paşayeva Xudayar Yusifzadənin qardaşı ilə görüşdü – FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bərdə rayon sakini, Vətən Müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə ilə görüşüb. XəbərAl.az xəbər verir ki, Komitə sədri deyib ki adı dillər əzbəri olan şəhidimiz Xudayar Yusifzadənin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub: “Xudayar Azərbaycan Respublikasının ali […]

İqtisadiyyat

Qiymət artımı ilə bağlı BNA-dan RƏSMİ AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. XəbərAl.az xəbər verir ki, bunu agentliyin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: “Bu məsələ hazırda gündəmdə də […]