İqtisadiyyat

Qiymət artımı ilə bağlı BNA-dan RƏSMİ AÇIQLAMA

Sharing is caring!

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

XəbərAl.az xəbər verir ki, bunu agentliyin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: “Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətiniN artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir