İdman

“Neftçi” ispaniyalı məşqçini həmyerlisi ilə əvəzlədi – RƏSMİ

Sharing is caring!

“Neftçi”nin yeni fiziki hazırlıq üzrə məşqçisinin adı bilinib. Bu, ispaniyalı məşqçi Eduardo Karodur.

Bu barədə “Neftçi”dən məlumat verilib.

28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb. Dünən Bakıya gəlmiş məşqçi bugündən komanda ilə birgə məşqlərə qoşulacaq.

Qeyd edək ki, İspaniyanın “Terasa” (2015-2017), “Qava” (2017-2018), Səudiyyə Ərəbistanının “Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin “Gənclərbirliyi” (2020) klublarında çalışmış Edu ötən mövsümdə “Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.

2019-cu ilin iyulunda “Sumqayıt”a keçmiş Eduardo Karo ötən ilin avqustunda klubdan ayrılaraq “Gənclərbirliyi”ndə Mərt Nobrenin köməkçisi təyin olunmuşdu.

Xatırladaq ki, “Neftçi”nin bundan öncəki fiziki hazırlıq üzrə məşqçisi də İspaniyadan idi. Mario Kastelyanonun müqaviləsinə dekabrın 19-da qarşılıqlı razılıq əsasında xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir