Asiya

Türkiyənin Quşadası bölgəsində iki yük gəmisi toqquşdu

Sharing is caring!

Türkiyənin Quşadası bölgəsində biri Komor adaları, digəri isə Toqo bayrağı altında üzən iki yük gəmisi toqquşub. Hadisə zamanı gəmi heyəti xəsarət almayıb, lakin hər iki gəmiyə maddi ziyan dəyib.

Bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, gəmi kapitanlarının kömək istəməsi ilə Sahil Təhlükəsizlik və Quşadası Liman İdarəsi hadisə yerinə gəliblər. Qəzanın hansı səbəbdən meydana gəldiyi araşdırılır.

Qeyd olunur ki, hər iki gəmi heyəti bir-birindən şikayətçi olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir