Dünya

Yapon alimlərindən bir ilk

Sharing is caring!

Dünyadan təxminən 300 milyon kilometr məsafədə olan Ryuqu asteroidindən nümunələr almaq üçün bir il əvvəl kosmosa kapsul göndərən yapon kosmik aparatı “Hayabusa 2” asteroiddən nümunələr olan kosmik kapsulu dünyaya göndərib. Yapon alimləri kosmik kapsulun və onun asteroid nümunələrinin dünən Avstraliyaya uğurla eniş etdiyini açıqlayıblar.

Bu barədə “Milliyet” xəbər yayıb.

Bildirilib ki, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi (JAXA) tərəfindən həyata keçirilən kosmik missiya uğurla həyata keçirilib. Yapon və avstraliyalı alimlər kapsulu endiyi yerdən götürərək müayinə üçün laboratoriyaya aparıblar.

Kosmonavtika tarixində yapon alimləri bir ilkə imza atıblar. Belə ki, günəş sisteminin ən qədim obyektlərindən biri olan Ryuqudan yeraltı nümunələr əldə etməklə onlar Günəş sisteminin necə inkişaf etdiyini öyrənəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir