Təhsil

335 nömrəli məktəbdə özbaşınalıq… – Direktor bizi söyüb təhqir edir – VİDEO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Binəqədi rayon 335 nömrəli məktəb də təhsil alan şagirdlərin valideyni Təhsil Nazirliyinin qarşısında tək adamlıq aksiya edib.

Aksiya edən valideynin jurnalistlərə verdiyi məlumata görə, 335 nömrəli məktəbin direktor əvəzi Xoşqədəm Bağırova əvvəl 205 nömrəli məktəb də direktor vəzifəsində çalışıb. Xoşqədəm Bağırova 335 nömrəli məktəbə direktor əvəzi təyin olunduqdan sonra, bu məktəb də özbaşınalıq hökm sürür. O bildirib ki, direktor məktəbi özünə məxsus qanunlarla idarə edir.

Təhsil Naziri Emin Əmrullayevin qəbuluna düşmək istəyən valideyn bildirib ki, üç gündür övladlarını məktəbə qoymur. Ona görə ki, 335 nömrəli məktəbin direktor əvəzi təyin olunan Xoşqədəm Bağırova yerində olan adam deyil. Valideynləri söyüb təhqir edir.

Sözügedən video müsahibəni sizlərə təqdim edirik.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir