Dünya

Avropa Liqası: “Yuventus”, “Sevilya” və “Sportinq” 1/8 finala adlayıb

Sharing is caring!

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

“Report”un məlumatına görə, bu günə nəzərdə tutulan 8 matçdan 3-ü artıq başa çatıb. Bununla da 1/8 finala vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

Bunlar Portuqaliyanın “Sportinq”, İtaliyanın “Yuventus” və İspaniyanın “Sevilya” kollektivləridir.

“Monako” (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya) matçında isə ümumi hesab bərabər (5:5) olduğundan əlavə vaxt oynanılacaq.

Qeyd edək ki, digər 4 cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “Midtüllan” (Danimarka) – “Sportinq” (Portuqaliya) – 0:4
Qollar: Sebastyan Koates, 21. Pedru Qonsalveş, 50; 77. Stefan Qartenmann, 85
Qırmızı vərəqə: Paulinyo, 38 (“Midtüllan”)
İlk oyun – 1:1

21:45. “Monako” (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya) – 2:3 (ƏLAVƏ VAXT)
Qollar: Vissam Ben Yedder, 19 (penalti). Brel Embolo, 84 – Florian Virts, 13. Esekiel Palasios, 21. Amin Adli, 58
İlk oyun – 3:2

21:45. “Nant” (Fransa) – “Yuventus” (İtaliya) – 0:3
Qollar: Anxel Di Maria, 5; 20 (penalti); 78
Qırmızı vərəqə: Nikolya Pallua, 18 (Nant)
İlk oyun – 1:1

21:45. PSV (Niderland) – “Sevilya” (İspaniya) – 2:0
Qollar: Lyuk de Yonq, 76. Fabio Silva, 90+4
İlk oyun – 0:3

00:00. “Roma” (İtaliya) – “Zaltsburq” (Avstriya)

İlk oyun – 0:1

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)

İlk oyun – 2:2

00:00. “Renn” (Fransa) – “Şaxtyor” (Donetsk, Ukrayna)

İlk oyun – 1:2

00:00. “Union” (Berlin, Almaniya) – “Ayaks” (Niderland)

İlk oyun – 0:0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir