Cəmiyyət

Ağstafada yaşayış binasında yanğın olub

Sharing is caring!

Ağstafada üçmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Ağstafa şəhərində üçmərtəbəli yaşayış binasının (mərtəbələrarası arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 2-ci mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan mənzilin tavanı 5 kvadratmetr sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan mənzilin döşəməsi 2 kvadratmetr sahədə və ümumi sahəsi 80 kvadratmetr olan mənzilin döşəməsi 5 kvadratmetr sahədə yanıb.

Hər üç mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir