Dünya

Konfrans Liqası: Üç komanda növbəti mərhələyə vəsiqə qazandı

Sharing is caring!

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.

“Report”un məlumatına görə, gecənin ilk matçlarından sonra 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.

İtaliyanın “Latsio”, Kiprin AEK və Moldovanın “Şerif” komandaları növbəti raunda vəsiqə qazanıblar.

“Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) matçında isə ümumi hesab bərabər (2:2) olduğundan əlavə vaxt oynanılacaq.

Qeyd edək ki, digər 4 cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “CFR Kluj” (Rumıniya) – “Latsio” (İtaliya) – 0:0
Qırmızı vərəqə: Karlo Muxar, 77
İlk oyun – 0:1

21:45. “Dnepr-1” (Ukrayna) – AEK (Larnaka, Kipr) – 0:0
İlk oyun – 0:1

21:45. “Partizan” (Serbiya) – “Şerif” (Moldova) – 1:3
Qollar:
 Kvensi Meniq, 13 – Sedrik Badolo, 22. Məhəmməd Diop, 45+1; 47
İlk oyun – 1:0.

21:45. “Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) – 2:1 (ƏLAVƏ VAXT)
Qollar:
 Franko Russo, 13 (avtoqol). Yari Versxaren, 68 – İqor Tyaqo, 71
İlk oyun – 0:1

00:00. “Gent” (Belçika) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 0:1

00:00. “Bazel” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)

İlk oyun – 0:1

00:00. “Lex” (Polşa) – “Budo Qlimt” (Norveç)

İlk oyun – 0:0

00:00. “Fiorentina” (İtaliya) – “Braqa” (Portuqaliya)

İlk oyun – 4:0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir