Şou-Biznes

Aktrisadan izləyicisinə sərt cavab: “İnsanları mühakimə etməyin”

Sharing is caring!

Türkiyədə baş vermiş faciəvi hadisədən sonra bütün məşhurlar birlik olub zərərçəkmişlərə yardım edirlər. 

Lent.az xəbər verir ki, bəzi müğənnilər, aktrisalar isə izləyicilər tərəfindən qınanılıb.

Belə ki, kimisi gec yardım etdiyi, kimisi paylaşım etmədiyi üçün insanların tənqidlərinə məruz qalıb. 

Tənqid edilən məşhurlardan biri isə aktrisa Məryəm Üzərli olub. O, bir izləyicinin “İnanılmazsan, hətta Hailey Bieber belə səndən tez paylaşım etdi!” şərhinə sərt cavab verib. 

“Sizin mesajınızı humanist bir fikir kimi qəbul etmirəm. İlk gün hekayə paylaşdım. İlk saatlarda da maddi yardım toplayıb göndərdik. Zəhmət olmasa, belə bir dəhşətli vəziyyətdə insanları mühakimə etməyin. Təkcə sosiala baxmayın. Sanki real həyat yoxdur. Arxa planda nələr edildiyini bilmirsiniz. Belə çətin vəziyyətdə bir-birimizə qarşı əsəbi deyil, sevgi və hörmət çərçivəsində yanaşmalıyıq”, – deyə aktrisa bildirib. 

Qeyd edək ki, 39 yaşlı aktrisa “Muhteşem Yuzyıl” serialındakı Hürrəm sultan obrazı ilə tanınıb. 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir