Cəmiyyət

“İçməli suyumuz qalmayıb, çox acınacaqlı vəziyyətdəyik” – ŞİKAYƏT + FOTO

Sharing is caring!

“Xətaidə sakinlər su problemi ilə üzləşiblər”.

Bu barədə Oxu.Az-ın redaksiyasına Xətai rayonu General Əliağa Şıxlinski 37 küçəsinin sakini İsmayıl Abdullazadə tərəfindən şikayət daxil olub.

Sakin bir həftədir binaya su verilmədiyini qeyd edib:

“Bir həftədir ki, su yoxdur. Ümumiyyətlə, bizdə su qrafiklə verilirdi. Səhər saat 08:00-dan 10:00-a, axşam saat 20:00-dan 22:00-a qədər. Ümumilikdə 4 saat su verilirdi. Ötən gün səhər su, ümumiyyətlə, verilmədi, axşam 1 saat verildi”.

Şikayətçi bununla bağlı aidiyyəti qurumlara müraciət etsə də, şikayətinə baxılmadığını əlavə edib:

“Şikayət etmişik. Cavab vermirlər. Əvvəlcədən bizə heç bir məlumat verilməyib. Təkcə bu problem bizdə deyil. 9 mərtəbəli binanın 10 blokunda bu problem yaşanır. Xəbərdarlıq edilsəydi, ən azından ehtiyatımızı tutardıq. Yayda daha çətin olacaq”.

İ.Abdullazadə içməli su aldıqlarını söyləyib:

“İçməli suyun yoxluğundan əziyyət çəkirik. Çarə su almaqdır. Başqa variantımız yoxdur. Qonşular bir-birimizdən su daşıyırıq. Əl-üz yumağa suyumuz yoxdur. Çox acınacaqlı vəziyyətdəyik”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şənbə günü Ceyranbatan-Binəqədi magistral su kəmərində qəza baş verib:

“Yalan məlumatdır. Şənbə günü problem olmuşdu. Təmir işləri ilə əlaqədar kəmərə su verilməsini dayandırmışdıq. Mərkəzi anbarlarda suyun səviyyəsi azalmışdı. Məhəllə daxili anbarlarda da eyni hal müşahidə olunurdu. Bu da Əhmədli, Köhnə və Yeni Günəşli qəsəbələrində suyun həcminin azalmasına gətirib çıxardı. Bəzi ünvanlarda suyun verilməsi dayandırıldı”.

A.Cəbrayıllı artıq problemin həll olunduğu qeyd edib:

“Tam bərpa olunub. Əvvəlki qrafik rejimləri ilə suyun verilməsi təmin olunacaq. Anbarlarda su ehtiyatı toplanır. Su əvvəlki kimi, səhər-axşam qrafiklə veriləcək”. `

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir