İdman

Mbappe Fransa millisilə şəkil çəkdirməkdən imtina etdi

Sharing is caring!

Kilian Mbappe ilə Fransa Futbol Federasiyası (FFF) arasında münaqişəsi yaranıb.

PSJ-nin hücumçusu çərşənbə axşamı Fransa millisinin fotosessiyasında iştirakdan imtina edib.

Münaqişəyə 23 yaşlı hücumçu ilə Federasiya arasındakı milli komanda futbolçularının imic hüquqlarından istifadə ilə məsələsindəki fikir ayrılıqları səbəb olub. Belə ki, Mbappe müqaviləsi olmayan sponsorların reklamı üçün adının hallanması ilə razılaşmır. O, komandanın əməkdaşlıq etdiyi bəzi brendləri bəyənmir.

Məsələn, komandanın sponsorları sırasında “fast food” brendləri də var. Kilian isə sağlam həyat tərzindən uzaq olan brendin reklamında iştirak etməsindən məmnun deyil.

Qeyd edək ki, fotosessiya sentyabrın 20-də baş tutacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir