Siyasət

“Azərbaycanın indiki məqamda Sərsəngdə su bölgüsünü aparması heç də təsadüfi deyil” – Könül İsmayılova 

Sharing is caring!

MMP-nın Siyasi Şura və İdarə heyətinin üzvü Könül İsmayılova Azərbaycan tərəfinin Sərsəng su anbarına getməsi ilə bağlı paylaşım edib.

Xəbəral.az həmin paylaşımı təqdim edir:

“Avqustun 22-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirdi.

Bildiyimiz kimi Sərsəng su anbarı mühüm starteji əhəmiyyətə malik olan bir obyektdir və rus sülhməramlılarının müvvəqəti yerləşdiyi ərazidə yerləşir. Rəsmi Bakının indiki məqamda bu əraziyə baxış keçirməsi və su bölgüsünün aparması heç də təsadüfi deyil. Azərbaycan bununla lazım olan yerlərə mesaj verdi ki, ölkəmiz Sərsəng strateji obyektindən heç bir halda imtina etməyəcək. Azərbaycanın “Qisas” əməliyyatı zamanı da, xüsusilə Sərsəng ətrafındakı erməni kazarmalarını vurması bir daha bu qətiyyətli mövqeyin göstəricisi idi.

Aydın məsələdir ki, Ermənistanın indiki halda gücü olsaydı və Azərbaycana qarşı mübarizə apara bilsəydi heç vaxt Azərbaycan nümayəndələrinin Sərsəngə getməsinə icazə verməzdilər. Amma 3 avqust tarixində Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatları onlara dərs oldu. Ermənilər çox yaxşı başa düşdülər ki, Qırxqız yüksəkliyindən sonra Azərbaycan ordusunun hədəfi Sərsəng su anbarı olacaq. Buna görə də onlar Azərbaycan tərəfinin Sərsəng su anbarında bölgü aparmasına icazə verdilər.

Düşünürəm ki, Azərbaycan bundan sonra da Ermənistana vaxt tanımamalıdır. Yəni, antiterror əməliyyatından sonra necə ki, Azərbaycan Ermənistana Laçının boşaldılması barədə konkret vaxt qoydusa, bundan sonrakı proseslərdə də bu davam etməlidir. Çünki Ermənistan ona verilən vaxtdan öz xeyrinə istifadə edir və yerinə yetirməli olduğu öhdəliklərdən asanlıqla qaçır”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir