Dünya

“Ukraynalı uşaqlara kömək etdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm” – Nikolay Vorobyov

Sharing is caring!

“Ukraynada humanitar problem, həqiqətən, kəskindir. Dərs ili yaxınlaşır, lakin valideynlərin təxminən yalnız 30%-i övladları üçün əyani təhsilə hazırdır”.

Bu barədə ukraynalı jurnalist, Vaşinqtondakı Cons Hopkins Universitetinin (SAIS) tədqiqatçısı Nikolay Vorobyov bildirib.

Jurnalist qeyd edib ki, hazırda müharibənin qaynar mərhələsi davam edir.

Humanitar sahə ilə bağlı problemlər, sayı 10 milyon nəfəri ötən ukraynalı qaçqın və məcburi köçkünlərlə bağlı suala cavabında Vorobyov dəstəyi üçün  Azərbaycana təşəkkür edib. Eyni zamanda, qaçqın probleminin Ukraynaya böyük demoqrafik ziyan vuracağını qeyd edib.

“Ukraynalılara, ukraynalı uşaqlara kömək etdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm.

Humanitar problem isə həqiqətən, kəskindir. Dərs ili yaxınlaşır, lakin valideynlərin təxminən yalnız 30%-i övladlarını əyani təhsilə hazırlaya bilib, əksəriyyəti distant təhsili seçir. Və bunu başa düşmək olar. Bomba sığınacaqları, evakuasiya planları ilə bağlı problemlər mövcuddur.

Başqa bir məsələ qaçqın kimi başqa ölkədə olan uşaqlardır. Mən bilirəm ki, bir çox ölkələrdə ukraynalı uşaqlar üçün xüsusi siniflər açılır. Əgər onlar başqa ölkənin reallıqlarına inteqrasiya edilə bilsələr, o zaman, çox güman ki, orada da qalacaqlar. Bu isə Ukraynaya böyük demoqrafik ziyan vuracaq. Görünür, Rusiya da elə buna ümid edir. Həmçinin unutmaq olmaz ki, milyon yarıma yaxın insan işğal olunmuş ərazilərdən Rusiya Federasiyasına deportasiya edilib. Rusiya tərəfi onların könüllü olaraq təxliyə edildiklərini iddia edir. Lakin biz başa düşürük ki, çoxlu sayda ailə onların iradəsi əleyhinə köçürülüb. Beləliklə, Ukrayna üçün demoqrafik problem hərbi təhdidlərə bərabər tutula bilər”, – deyə o vurğulayıb.

Nair Əliyev 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir