Cəmiyyət

Diş problemi niyə ən çox Azərbaycanın şimal rayonlarında yaşanır? – Stomatoloqdan AÇIQLAMA

Sharing is caring!

“Diş əti ən problemli xəstəlikdir. Dünyada 98 faiz insanda bu xəstəlik var. O, zamanla insanın dişlərini itirməsinə səbəb olur. Belə xəstəliyi olan şəxslərdə diş əti tez-tez qanayır. Ona görə də gigiyenik qaydalara əməl olunmalıdır. Ərp 24 saat yuyulmadıqda diş daşına çevrilir. Dişini itirmək istəməyən hər kəs səhər yeməkdən sonra və axşam yatmazdan öncə dişini fırçalamalıdır”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib. 

Stomatoloq dişləri qorumaq üçün çox isti və çox soyuq yeməklərdən çəkinməyin vacibliyini vurğulayıb: 

“Üç aydan bir stomatoloqa müraciət etməlidirlər və fırçaları dişlərinə uyğun olaraq həkim tövsiyə etməlidir”.

Həkim Azərbaycanda dişlə bağlı problemlərin ən çox şimal bölgəsində yaşandığını da diqqətə çatdırıb:

“Bu, suyun tərkibində yodun az olmasından qaynaqlanır. Belə olanda dişdə kariyes əmələ gəlir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir