Cəmiyyət

Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq – RƏSMİ

Sharing is caring!


Bakı əhalisinin sayı ildən-ilə daha da çoxalır.

Belə ki, Dövlət Statistika Komitəsindən Bizim.media-ya verilən məlumata görə, Bakı əhalisinin sayı 2 milyonu keçib.

Lakin qeydiyyata alınmadan yaşayanlarla birlikdə hazırda paytaxtda dörd milyondan çox insan var.

Ekspertlər şəhər əhalisinin getdikcə çoxalmasını şəhərsalma planlaşdırılmasının düzgün aparılmaması ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini – sektor müdiri Ramiz İdrisoğlu bildirib ki, Bakıda yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzlilik formalaşdırılacaq:

“Bakı şəhərinin yeni Baş planı hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün təqdim edilib. Həmin layihə sənədində bütün müasir şəhərsalma standartları və 2040-cı ilədək əhali sayının artım tempi nəzərə alınmaqla Bakı şəhərinin inkişaf prioritetləri müəyyən olunub.

Eyni zamanda, şəhər mərkəzində yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzliliyin formalaşdırılması təklifi verilib. Yəni sözügedən sənəd təsdiq olunandan sonra bir neçə mərkəz formalaşdırılacaq. Bakı ərazisində əsas mərkəzlə yanaşı, altı alt və regional mərkəzin yaradılması təklif edilir. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə əlavə açıqlama veriləcək”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir