Siyasət

Putin: “Rusiyanın baş naziri və Dövlət Duması sədrinin Azərbaycana səfəri hazırlanır”

Sharing is caring!

Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Mişustinin və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfər edəcəklərini açıqlayıb.

O, bu barədə Aşqabadda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı məlumat verib.

Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Bakıya səfər etdiyini xatırladıb.

“Vaxtınızı ayırıb onu qəbul etdiyiniz üçün təşəkkür edirəm. Baş nazirimizin və Dövlət Dumasının sədrinin səfəri hazırlanır”, – deyə Rusiya prezidenti bildirib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir