Cəmiyyət

ƏSF bağlanmış bankların müştərilərinə necə xidmət göstərir? – FOTO/VİDEO

Sharing is caring!


Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) ləğv prosesində olan 23 bankın müştərilərinə xidmət göstərilir. ƏSF-nin Xocalı prospektində yerləşən ofisində “NBC Bank”, “Amrahbank”, “Atabank”, “Dəmirbank” və “Günay Bank”ın, Cəlil Məmmədquluzadə küçəsində yerləşən ofisində “AG Bank”ın, Babək prospektində yerləşən inzibati binasında isə digər ləğv prosesində olan bankların müştərilərinin müraciətlərinə baxılır və müvafiq xidmət göstərilir. Bundan əlavə qurumun Sumqayıt, Şəki, Şirvan, Quba, Lənkəran və Gəncə şəhərlərində də xidmət şəbəkəsi mövcuddur.

“Report” ƏSF-nin Babək prospektində yerləşən inzibati binasında müştərilərə göstərilən xidmətlər və aparılan əməliyyatlarla yerində tanış olub, müraciət edən müştərilərin fikirlərini öyrənib.

Fondun müştəri xidmətləri üzrə məsul şəxsi Aygün Balıyeva bildirib ki, bu günə qədər 56 065 müştəriyə 1 529 625 394 manat məbləğində kompensasiya ödənilib:

“Ləğv prosesində olan bankların 105 020 sayda kredit və 222 930 sayda depozit müştəriləri mövcuddur. Ümumi müştəri sayı isə 500 minə yaxındır. Mərkəzimizdə aktiv banklarda olan əmanətlərlə bağlı sualların cavablandırılması, kreditlər üzrə ödəniş, kredit borcunun olmaması barədə arayışların verilməsi, əmlakların yüklülükdən azad olunması barədə arayışların verilməsi, kompensasiya ödənişləri, ləğv prosesində olan banklara qarşı kreditor tələbləri üzrə müraciətlər, tələblərin qeydiyyatı və ödənişlər, müxtəlif dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması, hesablardan çıxarışların müştərilərə təqdim olunması və digər əməliyyatlar aparılır. ƏSF-nin internet səhifəsində müraciət imkanı, kredit ödənişi imkanı mövcuddur.

Kreditlər üzrə ödənişlər eyni zamanda ödəniş terminalları vasitəsilə də icra oluna bilər”.

Fondun Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov bildirib ki, ləğv prosesində olan bankların müştərilərindən daxil olan müraciətlər “Vətəndaşların müraciətləri haqqında” qanuna əsasən tənzimlənir:

“Qanuna görə, vətəndaşların müraciətləri 15 iş günü, xüsusi öyrənilmə və araşdırılma tələb olunduqda isə 30 iş günü müddətində cavablandırılır”.

Müraciət edən müştərilər açıqlamalarında onlara göstərilən xidmətlərdən razı olduqlarını bildiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir