Siyasət

Elçin Əmirbəyov: “Fransa Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir” – FOTO

Sharing is caring!


“Fransa Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir”.

Bu sözləri Fransanın “Le Monde” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa-Azərbaycan münasibətlərinin kəskinləşməsinə məqalə həsr edən Fransanın “Le Monde” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan pisləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyidir.

Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz ziyanverici əməlləri ilə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması perspektivlərinin qarşısını alır.

Açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini təşviq etmək üçün BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalarından alət kimi istifadə etmək cəhdləri Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan reputasiyasını tamamilə sarsıtmaqla yanaşı, həm də Bakının Fransanın aparıcı rollardan birinə sahib olduğu Avropa İttifaqına inamını ciddi şəkildə sarsıdıb.

Əmirbəyov, həmçinin vurğulayıb ki, Parisin İrəvanı ölümcül silahlarla təchiz etməsi Cənubi Qafqaz regionunda sabitliyi və təhlükəsizliyi pozur və onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması perspektivlərini süni şəkildə ləngidir.

“Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və digər rayonların otuzillik qeyri-qanuni erməni işğalına son qoyan Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir”, – deyə Əmirbəyov sözlərini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir