Cəmiyyət

Bakı metrosu Rusiyadan 35 yeni vaqonun alınması məlumatına münasibət bildirib

Sharing is caring!


Bakı metropoliteni hazırda yeni vaqonların alınması ilə bağlı müqavilə imzalamayıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hər hansı müqavilə olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bu il Bakı metrosu üçün 35 vaqonun tədarükü üzrə çox böyük layihənin həyata keçiriləcəyini qeyd edib.

İndiyədək hər biri beş vaqondan ibarət 22 qatar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir