Dünya

Belçika səfirliyi: “Qarabağda gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri alqışlayırıq”

Sharing is caring!


“Belçikanın Azərbaycandakı səfirliyi Qarabağda gərginliyin azaldılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır”.

Bu barədə “Report”a Belçikanın diplomatik nümayəndəliyindən Azərbaycanın “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni futbolçulara qarşı cinayət təqibinin dayandırılması ilə bağlı humanist qərarını şərh edərkən bildirilib.

“Belçikanın Bakıdakı səfirliyi Qarabağda gərginliyin azaldılmasına və yerlərdə humanitar vəziyyətin yumşaldılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır. Səfirlik Ermənistan və Azərbaycan arasında başlayan sülh prosesini dəstəklədiyini bir daha bəyan edir”, – diplomatik missiyadan qeyd edilib.

Xatırladaq ki, Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlər törətməklə bağlı erməni futbolçular “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərindən çıxış edərək bu cinayət təqibini dayandırıb.

Belə ki, onlar 10 sutka müddətinə inzibati qaydada həbs ediliblər. Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir