Dünya

Fransada ifrat sağçılar Makronun koalisiyasını üstəyə bilərlər

Sharing is caring!


Fransanın ifrat sağçı “Milli birlik” və “Rekonqista” partiyaları 2024-cü il iyunun 6-dan 9-dək keçiriləcək Avropa Parlamentinə (AP) seçkilərdə ən yaxşı nəticələri göstərə bilər.

Bu barədə  “Portland Communications” konsaltinq firmasının sorğusuna istinadən məlumat yayılıb.

Nəticələrinə görə, “Milli birlik” seçkidə 33%, “Rekonqista” isə 6% səs toplaya bilər.

Qeyd olunur ki, onlar səslərin cəmi 14%-nə iddialı olan Fransa Prezidenti Emmanuel Makronun “İntibah” partiyasının iştirakı ilə mərkəzçi koalisiyanı üstələyə bilər.

Sorğu yanvarın sonunda mindən çox insanla müsahibə əsasında keçirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir