Cəmiyyət

“Qarabağ” – “Braqa” oyununun hakimləri bəlli oldu

Sharing is caring!


UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində fevralın 22-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” (Portuqaliya) qarşılaşmasının hakimləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Georgi Kabakov

Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov

Dördüncü hakim: Nikola Popov

VAR: İvaylo Stoyanov

AVAR: Draqomir Draqanov

Hakim-inspektor: Petteri Kari (Finlandiya)

Qeyd edək ki, Portuqaliyada baş tutan qarşılaşmada Ağdam təmsilçiləri 4:2 hesabı ilə qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir