Dünya

Trampdan prezident seçkisi ilə bağlı iddialı qərar

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp avqustun 23-də Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi üzrə debatda iştirak etməyəcəyini təsdiqləyib.

Tramp bununla bağlı özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“CBS-nin yeni sorğusu göstərdi ki, mən “əfsanəvi” rəqəmlərlə liderlik edirəm. Tramp – 62%. İctimaiyyət mənim kim olduğumu, prezidentliyimin nə qədər uğurlu olduğunu bilir. Enerji müstəqilliyi, güclü sərhədlər və güclü hərbçilər, ən böyük vergi endirimləri, inflyasiyanın olmaması, tarixdə ən güclü iqtisadiyyat və bir çox göstəricilər prezidentliyim dövrünə aiddir. Bundan irəli gələrək debat keçirməyəcəyəm”, – deyə o qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir