Kriminal

Silahlı cinayət törədən şəxslər hökmdən narazıdırlar

Sharing is caring!


Tərtər rayonunda qəsdən adam öldürməkdə ittiham olunan Sənan Ağazadə və Sərvər Hüseynovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 17-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Ağazadə 16 il 6 ay və Sərvər Hüseynov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2019-cu il dekabrın 9-da Tərtər rayonunda baş verib. Rayon sakini Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilib. Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadənin həmin il dekabrın 11-də Binəqədi rayonu ərazisində “LADA Priora” markalı avtomobildə olması müəyyən edilib. Məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində tutulub. Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha iki nəfərin həmin nəqliyyat vasitəsində saxlanılması təmin edilib. Sənan Ağazadə saxlanılan zaman ondan lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, bir ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd metanarol və 11 ədəd deksanmetazon həbi aşkar edilərək götürülüb. Onunla birgə Sərvər Hüseynova da ittiham verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir