Siyasət

“Qərb müstəqil siyasət yürüdən dövlətləri sevmir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Serbiya Azərbaycanın Avropa məkanındakı ən yaxın partnyorlarından, strateji tərəfdaşlarından biridir. Hazırda bu ölkədə baş verənlər bizi də təəssüfləndirir və vaxtilə Qərbin bu cür müdaxilələrinə məruz qalan dövlət kimi situasiyadan xəbərdarıq”.

Bu fikirləri Oxu.Az-a Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı deyib. O xatırladıb ki, Serbiyada bu yaxınlarda parlament seçkisi keçirildi və bundan öncə bütün anket sorğularında Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi partiyanın qələbə çalacağı yəqinləşmişdi:

“Lakin bu rəylər, təbii ki, ölkənin daxili işinə qarışmaq istəyən qüvvələri narahat edirdi. Ona görə “Soros”çular nəyin bahasına olursa-olsun, seçkidə gözləntilərini təmin etmək məqsədilə müdaxiləyə əl atdılar. Bütün cəhdlər seçkinin demokratik keçirilməsinə mane olmaq məqsədi daşıyırdı. Beləliklə, Serbiyanın daxilində nümayişlər, etirazlar və hətta iğtişaşlar törətmək planını işə saldılar. Bunun ciddi nəticələrini isə bütün dünya gördü.

Artıq Serbiyada seçki bir həftədən çoxdur, bitib. Nəticələr elan ediləndən proseslər səngimək bilmir. Xarici qüvvələrin seçki nəticələrini pozmaq planları, cəhdləri davam edir”.

M.İbrahimqızı bildirib ki, Qarabağ məsələsi ilə bağlı illərlə xarici qüvvələrin təzyiqlərilə üzləşən Azərbaycan oxşar situasiyaya məruz qalan Serbiyanı anlayır:

“Görünür, Qərb müstəqil siyasət yürüdən dövlətləri sevmir. Bütün cəhdlərə baxmayaraq, Azərbaycan təzyiqlərlə başa çıxdı, özünün ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Serbiya Prezidenti Aleksandar Vuçiçin də serb xalqının dəstəyi ilə çətin durumdan qalib çıxacağına inanırıq”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir