Dünya

Kanadadan Rusiyanı əsəbləşdirəcək qərar – FOTO

Sharing is caring!


Kanada müsadirə edilmiş Rusiyaya məxsus An-124 “Ruslan” təyyarəsini Ukraynaya təhvil verir.

Bunu Kanadanın baş naziri Castin Trüdo Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.

Qeyd olunur ki, təyyarə yeni hərbi yardım paketi çərçivəsində göndəriləcək.

Paketə həmçinin 10 min artilleriya mərmisi və 76 “Roshel Senator” zirehli texnikası daxildir.

Bundan başqa, Kanada Ukrayna üçün F-16 qırıcıları koalisiyasına qoşulacaq və ölkəyə 500 milyon dollar yardım edəcək.

Qeyd edək ki, An-124 “Ruslan” dünyanın ən böyük yük təyyarələrindən biridir.

Xatırladaq ki, Rusiya ordusunun Ukraynada Qostomel hava limanını vurması nəticəsində dünyanın ən böyük təyyarəsi olan An-225 “Mriya” məhv olmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir