Siyasət

“İRƏLİ” İctimai Birliyi ulu öndərin anım günü çərçivəsində silsilə tədbirlər keçirib – FOTO

Sharing is caring!


“İRƏLİ” İctimai Birliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü çərçivəsində bir sıra fəaliyyətlər reallaşdırıb.

Fəaliyyətlərin əsas məqsədi həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışmış dahi rəhbər, ümummilli lider Heydər Əliyevin zəngin irsinin gənclər arasında geniş təbliğindən ibarətdir.

“İRƏLİ” İctimai Birliyinin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirlər planı çərçivəsində ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü və “Heydər Əliyev İli”nə həsr olunmuş “Bir əsrin xatirələri” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbir müddətində diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışıb. Ümummilli liderin əsasını qoyduğu dövlət siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Həmçinin bildirilib ki, ulu öndərin gənclər sahəsinə olan diqqəti bu sahənin inkişafını şərtləndirən əsas amillərdən biri olub.

Ölkəmizdə gənclərin sağlam, vətənpərvər, rəqabətədavamlı və milli ruhda inkişafını özünün əsas istiqaməti olaraq müəyyənləşdirən “İRƏLİ” İctimai Birliyi də bu sahədə fəaliyyəti ilə dövlət gənclər siyasətinə töhfələr verməkdədir. Qeyd olunub ki, təşkilat tərəfindən “Heydər Əliyev İli” çərçivəsində paytaxt və bölgələrimizdə bir sıra tədbir və layihələr icra olunub və il sonunadək bu sahədə tədbirlərin icrası davam etdiriləcək.

Silsilə tədbirlər çərçivəsində ADA Universitetində tarix elmləri doktoru, professor Həsən Həsənovla görüş keçirilib. 100-dən çox gəncin iştirakı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətindən söz açılaraq, şanlı qələbəmizin məhz ulu öndər Heydər Əliyevin nəsihətləri və Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yetişmiş gənclərin əsas rol oynadığını qeyd edilib.

Tədbirlərin davamında tanınmış fotoqraf Rafiq Bağırovla da görüş baş tutub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilmiş görüşdə Rafiq Bağırov ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı olduğu dövrə nəzər salaraq, liderlə xatirələrindən söhbət açıb. Görüş auditoriyanın çoxsaylı suallarının cavablandırılması və qarşılıqlı diskussiya formatında davam edib.

Tədbirlər planı müddətində paytaxtda yerləşən ümumtəhsil müəssisəsində, həmçinin, Azərbaycan Televiziyası tərəfindən lentə alınan “Xalqın adamı” filminin nümayişi keçirilib. 10-a yaxın təhsil müəssisəsində keçirilən nümayişlərdə 300-dən çox gənc iştirak edib.

Qeyd edək ki, tədbirlər çərçivəsində ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunmuş videoçarx hazırlanıb. Ulu öndərin hakimiyyət illərində baş tutmuş görüşlərinin, səmimi çıxışlarının öz əksini tapdığı videoçarx təşkilatın sosial media platformalarında geniş auditoriyaya yayımlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir