İdman

Erlinq Holand tarixə düşdü

Sharing is caring!

“Mançester Siti” klubunun futbolçusu Erlinq Holand UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Belə ki, bu gecə “Mançester Siti” -“Kopenhagen”(5:0) oyununda dubla imza atan forvard qitənin bir nömrəli klub turnirində meydana çıxdığı 22 görüşdə 28 dəfə fərqlənən ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, ümumilikdə Çempionlar Liqasında ən çox qol vuran futbolçu Kriştianu Ronaldudur. O, Avropanın ən nüfuzlu klub turnirində 140 dəfə fərqlənib. İkinci yerdə 127 qolla Messi gəlir. Üçlüyü 89 qolla Robert Levandovski qapayır.

Məlumat üçün əlavə edək ki, norveçli hücumçu bir neçə gün əvvəl İngiltərə Premyer Liqasında rekorda imza atıb. O, ardıcıl üç ev oyununda het-trik edib. Bununla da Holand Premyer Liqanın ardıcıl üç ev oyununda het-trik edən ilk futbolçu olub.

Mənbə: Ua-football

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir