Cəmiyyət

ADY gələn il daha intensiv hərəkət cədvəlini təqdim edəcək

Sharing is caring!


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 10 yeni müasir sərnişin qatarı aldıqdan sonra gələn il daha intensiv hərəkət cədvəlini təqdim edəcək.

APA xəbər verir ki, bunu ADY-nin 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş tədbirdə QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.

Sənubər Nəzərova onu bildirib ki, hazırda balansında olan doqquz qatarla imkan dairəsində QSC yüksək performans nümayiş etdirir. Lakin daha 10 qatar aldıqdan sonra ADY gələn il daha intensiv hərəkət cədvəli təqdim etməyə imkan əldə edəcək.

Qeyd etmək lazımdır ki, ADY-nin aldığı yeni qatarlardan ikisi artıq Bakıya gətirilib, daha iki qatar isə bu ilin axırına kimi Azərbaycana çatdırılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir