Dünya

Hindistanlı fermerlər traktorlarla etiraz marşı keçirirlər – VİDEO

Sharing is caring!


Hindistan fermerləri traktorlarla etiraz marşı keçirirlər və yürüşün son nöqtəsinin Nyu-Delhi olacağını bildiriblər.

Fermerlər kənd təsərrüfatı məhsulları üçün minimum alış qiyməti ilə bağlı qanunun qəbuluna nail olmağa çalışırlar. Hindistan hökuməti qarğıdalı, pambıq və paxlalı bitkilər üçün belə qiymətin tətbiq edilməsinə hazır olduqlarını təsdiq etsələr də, etirazçılar bunun daha çox məhsula şamil olunmasını tələb edirlər.

Traktor kolonları ölkənin cənub-şərqindən Nyu-Delhiyə doğru irəliləyirlər. Fermerlər Haryana, Pəncab və Uttar Pradeş əyalətlərindən yola çıxıblar. Narazı fermerlərin marşrutunun keçdiyi Hindistan bölgələrinin səlahiyyətliləri vətəndaşları şəxsi avtomobillərlə səyahətlərdən imtina etməyə çağırıblar.

Qeyd olunur ki, Nyu-Delhinin girişində barrikadalar və nəqliyyat vasitələrinə baxış postu quraşdırılıb.

Xatırladaq ki, daha əvvəl hindistanlı fermerlər paytaxta yürüş keçiriblər, lakin bu, uğursuzluqla başa çatıb. Kənd təsərrüfatı texnikası kolonunun Nyu-Delhidən təxminən 200 kilometr şimalda qarşısı alınıb. Fermerlərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Mənbə: “Hindustan Times”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir